Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan Brüssel razılaşmasına əməl edəcəkmi? -ÖZƏL

İrəvan Brüssel razılaşmasına əməl edəcəkmi?


İrəvan Brüssel razılaşmasına əməl edəcəkmi?

"Ermənistanın Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə əldə olunan ümumi razılaşmalara əməl edəcəyi o qədər də mümkün görünmür. Elə erməni baş nazirinin təyyarəsi Ermənistanda yerə enər-enməz Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcərdəki mövqelərinin atəşə tutulması belə deməyə əsas verir".

Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, Ermənistan Brüssel razılaşmasına əməl etməyə maraqlı görünsə də, lakin onu yeni bir gərginliyə, hərbi qarşıdurmaya sürükləyənlər İrəvanı yoldan çıxarmağa çalışacaqlar:

"Bu sırada isə əsasən 3 ölkənin adını qeyd edə bilərik. Bunlar Fransa, Rusiya və İrandır. Hər üç ölkə Qarabağda gərginliyin qalmasında maraqlıdır. Ona görə də müntəzəm olaraq İrəvan Paris-Moskva-Tehran üçbucağı tərəfindən təxribata sürüklənir, onun yenidən müharibəyə başlaması məqsədilə açıq və ya gizli yolla Ermənistana dəstək verilir".

Arzuman Muradlı əmin olduğunu bildirib ki, nəhayət Ermənistan rəhbərliyi əslində Paris-Moskva-Tehran üçlüyü tərəfindən bir vasitə kimi istifadə edildiyini anlayacaq və Azərbaycanla münasibətlərin normallaşmasından başqa bir variantın olmadığı reallığını qəbul edəcək.

Anar Əliyev
Xəbəri paylaş