"Azərbaycan Prezidentinin təkidi ilə Fransa prezidentinin Brüssel formatına qatılmasının rədd edilməsi İrəvanın mövqeyini çox zəiflətsə də, hesab etmək olar ki, İrəvan Parisin təsiri altındadır. Parisin məsləhətləri ilə sülh məsələsində qəti fikir bildirməsi ləngidilir"
Bu fikirləri Newscenter.az-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Brüsseldə məqbul bəyanatlar verən Paşinyan İrəvanda yenə də sülhün hələ tezliklə olmayacağını bildirən fikirlər səsləndirir:
"Əslində, bu ikili, hətta, üçlü oyun prosesdən gözləntiləri heçə endirməyə hesablanıb. Parisin İrəvana silah vəd etməsi fonunda yenidən aqressiv hərəkətlərə cəlb etməsi durumu mümkün haldır. Paris üçün məhv ediləcək erməni əsgərlərinin taleyi maraqlı deyil. Əsas olan geosiyasi maraqlardır. Paris yaxşı başa düşür ki, Rusiyanın indiki çıxılmaz durumu İrəvana siyasi dönüş etmək üçün şərait yaradır. Ermənistan Rusiyadan kənarlaşa bilər. Amma tək gerçəyi unudur ki, Ermənistanın qarşısında Azərbaycan olandan sonra, Ermənistan bu coğrafiyadan torpaqla birlikdə başqa yerə gedə bilməyəndən sonra ona tək silah yox, ağla gələn bütün dəstəkləri versə belə, bu, heç nəyi dəyişməyəcək. Bu, Ermənistan əhalisinin torpaqsız Avropa və ya dünyanın bütün regionlarına dağılması gerçəyindən başqa".
Anar Əliyev