Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 14 may seçkilərindəki uğursuzluğunun heyfini müavinlərindən alır.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, CHP sədri partiyada təmizləmə işlərinə start verib. Belə ki, Kamal Kılıçdaroğlu müavini Onursal Adıgüzeli vəzifəsindən azad edib.
Onursal Adıgüzel, CHP sədrinin informasiya və kommunikasiya texnologiyaları üzrə müavini vəzifəsini tuturdu.
Anar Əliyev