Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşa Rusiyaya nota verdi -ÖZƏL

Polşa Rusiyaya nota verdi


Rəsmi Varşava Rusiyaya nota verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, buna səbəb Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən “Rusiyada siyasi repressiya məruz qalmış polşalı qurbanların xatirəsinə ucaldılmış abidənin” götürülməsidir.

Polşanın Moskvadakı səfiri Kristof Krajevski, sözügedən hadisə ilə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinə nota təqdim edib.

Xaricdəki Polşa icması tərəfindən maliyyələşdirilən abidənin 2015-ci ildə yerli hakimiyyət orqanlarının icazəsi ilə ucaldıldığını xatırladan Krayevski hazırda abidənin götürülərək naməlum yerə aparılmasının əleyhinə olduqlarını ifadə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş