Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Relslərdə peyda olan toyuq metronun hərəkətində problemlər yaradıb -ÖZƏL

Relslərdə peyda olan toyuq metronun hərəkətində problemlər yaradıb


Meksikanın paytaxtı Mexiko şəhərinin metro stansiyasında toyuğun relslərə girməsi nəticəsində metronun hərəkətində fasilələr yaranıb.

Newscenter.az "Haber Global"a istinadən bildirir ki, hadisə Mexikodakı Centro Medico Metro Stansiyasında baş verib. Metro işçiləri toyuğu relslərdə tutmaq üçün qatar yoluna elektrik enerjisinin verilişini dayandırıblar.

Toyuğun relslərdə necə peyda olduğu hələlik bilinməsə də, səlahiyyətlilər ev heyvanının sərnişinə aid olduğu qənaətindədirlər. Toyuq xilas edildikdən sonra metroda hərəkət bərpa olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş