Türkiyənin Azərbaycandakı səfirliyi prezident seçkilərinin ikinci turu ilə bağlı vətəndaşlara müraciət edib.
Newscenter.az xəbər verir ki, müraciət səfirliyin rəsmi tviter səhifəsində paylaşılıb.
“İkinci tur üzrə səsvermə proseduru səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında gerçəkləşdiriləcək. Bütün vətəndaşlarımıza sayğı ilə elan olunur”, – paylaşımda deyilir.
Xatırladaq ki, ilk tur prezident və parlament seçkiləri üçün Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səverməsi 5-7 may tarixlərində baş tutub.
Mehman