Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə seçkidən sonra səs-küylü istefalar -ÖZƏL

Türkiyədə seçkidən sonra səs-küylü istefalar


Türkiyədəki 14 may seçkilərindən sonra səsli-küylü istefalar davam edir.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu dəfəki istefanın ünvanı İşçi Partiyası olub. Belə ki, sözügedən partiyanın sədri Ərcüment Akdeniz həm tutduğu postdan, həm də partiya üzvlüyündən istefa etdiyini bildirib. O, Twitter hesabından bu məlumatı paylaşıb.

İstefa qərarını açıqlamaq üçün seçkilərin bitməsini gözlədiyini ifadə edən Akdeniz, "Partiya daxilində demokratiyaya qarşı müxtəlif formalarda müdaxilələr ortaya çıxdı" deyərək dolayısıyla istefasının səbəbini açıqlamış olub.

Anar Əliyev
Xəbəri paylaş