Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yunanıstana keçmək istəyən FETÖ-çular saxlanıldı -ÖZƏL

Yunanıstana keçmək istəyən FETÖ-çular saxlanıldı


Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan 12 nəfər tutulub. Newscenter.az trthaber-ə istinadən bildirir ki, həbs edilənlərdən 3-ünün Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olduğu müəyyən edilib.

Məlumatı Milli Müdafiə Nazirliyi (MSB) də təsdiqləyib.

Nazirliyin yaydığı açıqlamada qeyd edilir ki, sərhədlərimizin təhlükəsizliyi üçün qeyri-qanuni keçidlərə qarşı mübarizəmiz davam edir:

"Sərhəd Qartallarımız ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 12 nəfəri yaxaladılar. İstintaq zamanı həbs olunan şəxslərdən üçünün FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edildi”.

Anar Əliyev
Xəbəri paylaş