Ötən gün Rusiyanın Belqorod vilayətinə girən Ukrayna diversiya qrupu zərərsizləşdirilib. Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Nazirlik Belqorod vilayətinə daxil olan Ukrayna diversiya qrupunun məğlub edildiyini açıqlayıb.
Donetsk bölgəsindəki Bahmut (Artyomovsk) şəhərinin rus ordusu tərəfindən ələ keçirildiyinə diqqət çəkən Konaşenkov, "Kiyev rejimi Artyomovsk şəhərində məğlub olduqdan sonra dinc əhaliyə qarşı terror aktları həyata keçirməyə başladı" deyə, iddia edib.
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da Ukrayna ordusunun diversiya qrupunun ötən gün Rusiya sərhədlərinə daxil olduğunu və onlara qarşı əməliyyat keçirildiyini bildirib.
Mehman Mehdiyev