Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Bakıdan rayonlara dənizlə sərnişin daşınmasını təklif edir

Deputat Bakıdan rayonlara dənizlə sərnişin daşınmasını təklif edir


"Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Rüfət Quliyev deyib.

"O cümlədən, Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Mən təklif edirəm ki, imkan varsa, bunu yenidən edək. Vaxtilə 15-17 il öncə belə bir sistem var idi. Bakıdan Lənkərana dənizlə 4-5 saata gedilirdi və bu, müəyyən qədər rahatlığı təmin edə bilirdi", - deyə o əlavə edib.

Mehman Mehdiyev
Xəbəri paylaş