Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevqeni Priqojin hansı səbəblərdən dolayı üsyana qalxdı?

Yevqeni Priqojin hansı səbəblərdən dolayı üsyana qalxdı?


Vaqner özəl hərbi şirkətinə məxsus muzdlu döyüşçülər hərbi cəhətdən bir çox konfliktli bölgələrdə fəaliyyət göstərməklə ciddi döyüş təcrübəsinə yiyələnməyi bacarmışdır. Heç kimə sirr deyil ki, onların peşəkarlıq səviyyəsi nizami rus ordusundan artıqdır. Baş verənlərin fonunda proseslərin düyüm nöktəsidə məhz buradan qaynaqlanır.

Priqojin səhra komandiridir, milliyətçi bir imicə sahibdir. Tabeliyində olan hərbi birlik böyük itkilər verməsinə baxmayaraq Baxmut kimi bataqlıqdan çıxmağı bacarıb və bu fakt ona ordu və xalq arasında ciddi nüfuz qazandırmışdır. Priqojin Ukrayna cəbhəsindəki real vəziyyəti görən, boşluqları bilən və bu baradə danışan şəxsdir. O, ordu rəhbərliyinin qeyri-peşəkarlığından tutmuş sui-istifadə hallarına kimi bir çox məsələləri bütün çılpaqlığı ilə dilə gətirir və əslinə baxarsaq əsas sima olan Vladimir Putini həmin şəxslərə qarşı tətbir görməyə çağırırdı.

Priqojinin gözləntilərinin əksinə olaraq Kreml rəhbəri proseslərə ciddi reaksiya vermədi, ordu rəhbərliyi ilə Vaqner arasındakı konfliktə seyirci qismində yanaşdı. Və buda indiki şəraitdə hadisələrin şiddətini artıran əsas məqamdır. Yəni Vladimir Putin ilk vaxtlardan Priqojini öz təsir dairəsinə alsaydı proseslər bu məcrada inkişaf etməzdi.Xalqa müraciət etməzdən öncə Kreml rəhbəri hər hansı bir formada Vaqner rəhbərliyi ilə danışıb onu razı sala bilərdi. Lakin onun özgüvən hissinin yüksək olması prosesləri diplomatik yolla həll etməyə imkan vermədi.

Pərviz Mirizadə-AVP sədrinin köməkçisi
Xəbəri paylaş