Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada hakimiyyətin istefa verməsi daha məqsədəuyğundur -ÖZƏL

Rusiyada hakimiyyətin istefa verməsi daha məqsədəuyğundur


Ötən gün Priqojinin rəhbərlik etdiyi Vagnerin qısamüddətli qiyamı Rusiya hakimiyyətini bir daha yerdən yerə vurdu və bu hadisə Putin idarəçiliyinin xeyli laxlatdı. Eyni zamanda Vagnerin qiyamı Rusiyanln heç də təhlükəsiz olmadığı reallığını ortaya qoydu. Elə siyasi ekspert Çingiz Şahbazi də belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, ekspert deyib ki, əslində baş verən hadisələr ölkənin imicinə zərbədir və bu zərbədən qaynaqlanan riskli nəticələr meydana çıxa bilər:

"Həmçinin belə bir vəziyyətdə ordunun müsbət nəticələr göstərmə ehtimalı azdır. Ölkənin siyasi hakimiyyəti sabit idarə sistemi üzrə idarəçiliyi əlində saxlaya bilmir. Ölkənin maliyyə siyasəti iflasa uğrayıb və qiymət artımının qarşısını almaq mümkün deyil".

Çingiz Şahbazi onu da bildirib ki, xalq kimin haqlı və kimin haqsız qərarlar verdiyini müəyyən edə bilmir:

"Cünki, ölkədə vahid hakimiyyət və orduda vahid komandanlıq sistemi iflasa uğrayıb. Belə bir vəziyyətdə hakimiyyətin istefa verməsi daha məqsədəuyğundur, demək olar".

Anar Əliyev
Xəbəri paylaş