Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MİDA satış üçün ayrılan milyonlarla manatı necə xərcləyib?

MİDA satış üçün ayrılan milyonlarla manatı necə xərcləyib?


Əslində Mənzil İnşaatı Dövlət Agentliyi ilə bağlı indi çox söz demək olar. Amma zamanında canlı yayımdan, müxtəlif xəbər portallarından sözümü açıq şəkildə demişəm. Açığı bu dəfə seçimdə qalib ola bilməməyim heç vecimə də olmadı. Çünki mən MİDA adlı qurumdan şəffaf, ədalətli və etibarlı satış gözləmirdim. Normal ölkələrdə dəfələrlə uğursuz satış edən qurumu ləğv edib satışı başqa formada həyata keçirərdilər. Hətta adları kağıza yazıb qarışdırıb atsalar, MİDA-nın indiki satış modelindən dəfələrlə şəffaf və ədalətli olar.

MİDA-nın indiki satış modeli tam ədalətsizdir. Bu modelə görə İT bacarıqları, kompüter bilikləri zəif olanlar seçimdə uğur qazana bilmir. Ondansa elə satışı yalnız İT bacarıqları olanlar və xakerlər üçün etsələr daha yaxşı olardı. Çünki pulu olan hər kəs xaker və İT mütəxəssisi köməyindən istifadə edir.

MİDA-dan indiyədək seçilən mənzillərin əksəriyyəti mənzilə ehtiyacı olmayanlara qismət olub. Hələ ilk seçimlərdə "pulla seçmək" təklif olunsa da, vicdanım yol vermədi, qəbul etmədim.

Çalışın MİDA-nı çox tənqid etməyin, çünki "MiDA-nı tənqid etmək dövlətə qarşı "təxribat" etmək imiş, MİDA-nın əvvəlki satışlarındakı şəffaf, ədalətli, etibarlı satış açıqlamalarının yalan olduğunu demək MİDA-nı şantaj etmək imiş".

Amma "MİDA satış üçün ayrılan milyonlarla manatı necə xərcləyib, sistemə xaker müdaxiləsinin qarşısını zamanında niyə almayıb, təhlükəsizlik tədbirləri niyə normal qurulmayıb?" kimi suallara hələ də cavab yoxdur.

Elyar İslamoğlu-ictimai fəal
Xəbəri paylaş