Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür -ÖZƏL

Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür


"Artıq 28 ildir ki, Azərbaycan dili dövlət dili kimi Konstitusiyamızda öz əksini tapıb və müstəqil respublikamızın daxili və xarici siyasətinin bütün sahələrində və yerlərdə müvəffəqiyyətlə tətəbiq olunur".

Newscenter.az xəbər verir ki. belə bir açıqlama ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev deyib ki, bu gün də Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu ehtiva edən Konstitusiyanın 21-ci maddəsinin real həyatda tətbiqinə Prezident İlham Əliyev tərəfindən də yüksək diqqət göstərilir:

"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə yönəlik dövlət siyasətinin davamlığının daha bir təzahürüdür".

Qafar Əliyev qeyd edib ki, Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.

Anar Əliyev
Xəbəri paylaş