"Təəssüflər olsun ki, dövlətin bəzi qurumları üzərinə düşən görəvi layiqincə yerinə yetirmir. Belə qurumlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlıları Assambleyasının sədri Rəşad Quliyev səsləndirib. O bildirib ki, Komitənin ən böyük problemi operativ işləyə, hadisələrə və məsələlərə yerində və zamanında müdaxilə edə bilməməsidir:
"Fuad Muradov yorulub, ona dincəlmək lazımdır və məncə ən yaxşı istirahət dövlətin büdcəsi hesabına edilən istirahət yox, birdəfəlik işdən istefa verərək öz işləri ilə məşğul olmasıdır".
Anar Əliyev