"Biz şəxsi düşmən deyilik, sadəcə olaraq diaspora çöküb yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook sosial şəbəkə hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq əməkdaşı Əbülfəz Şeydabəyov səsləndirib. O bildirib ki, sözügedən qurum faktiki olaraq heç bir səmərəli iş görmür:
"Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı ilk ildə dövlət büdcəsində cəmi 3 milyon vəsait olub. O illərdə görün nələr edildi. Diasporla İş üzrə Dövlət Komitəsinə isə ildə 6-7 milyon vəsait ayrılır. Hanı səs gətirən işlər/layihələr? Sizdən dağdan su çəkmək, kəndlərə asfalt döşəmək, Xırdalana işıq dirəkləri quraşdırmaq tələb olunmur. Hardadır lobbi komandalar? Hardadır xarici Azərbaycan sevərlər? Hardadır Azərbaycanla bağlı xarici ölkələrdə dərc edilən kitablar? Avropada bir informativ sayt da yoxdur. Niyə Avropa Parlamentində görüşlər keçirilmir? Desinlər görək diaspor gənclərinin xaricdə təşkilatları niyə yoxdur? Nə qədər Azərbaycanda yığılıb şalaxo gedərlər? Almaniyadan yazanlar, 2020-ci ildən 3 il keçib Qarabağ Zəfəri ilə bağlı hansı kitabı tərcümə edib Almaniya elitasına təqdim etdiz? İncimək lazım deyil".
Sabiq Komitə əməkdaşı daha sonra qeyd edib:
"Xaricdə yaşayan gerçək diaspor daim Cənab Prezidenti canı könüldən sevir və dəstəkləyir. Onların Diaspora Komitəsi ilə bağlı şikayətlərinin mütləq nəzərə alınacağına ümidlər böyükdür".
Əbülfəz Şeydabəyov daha sonra sual edib ki, Bakıda diaspora sahəsi həvalə olunan adamların ailə üzvləri niyə xaricdə yaşayır:
"Bir araşdırılsın. Məmur maaşı ilə övladları hansı pullarla Niderland, İngiltərədə yaşayır? Öz “kruqlarından olan” sabiq işçilər Amerikada hansı hocaların və ya adamların puluna telefon biznesi edirlər? Nə tez köçdülər Amerikaya. Say, say bitməz…Dünən gəlib heç staji 2 il olmayan “öz adamlarına” evlərin verilmələri və s"
Anar Əliyev