Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun insult keçirməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.
Bu barədə məlumat Newscenter.az-a partiyadakı mənbələrdən daxil olub. Bildirilib ki, AMİP lideri gündəlik fəaliyyətini plan üzrə davam etdirir:
"Zaman-zaman Etibar Məmmədov barəsində bu kimi yalan məlumatlar tirajlanır. Görünür kimlərsə belə dezinformasiyaların yayılmasında maraqlıdır".
Qeyd edək ki, keçmiş baş nazir, qiyamçı polkovnik Surət Hüseynovun vəfatından dərhal sonra AMİP liderinin insult keçirməsi barədə xəbər yayılıb.
Anar Əliyev