Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İslamda müsəlmanı Allah qarşısında uca edən əməldir -ÖZƏL

İslamda müsəlmanı Allah qarşısında uca edən əməldir


"İslamda müsəlmanı Allah qarşısında uca edən əməldir. Allahın Quranda bəndələrinə dediklərinə əməl edən müsəlman dinin barəsində çox, ya az bilməsindən asılı olmayaraq ən yüksəkdə durandır".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri səsləndirib. O bildirib ki, Allah kəlamlarını başqalarına doğru olsa belə çatdırıb, əməllərində buna riayət etməyən ən böyük dindar belə Allah qatında ən aşağıdadır:

"Allahın dedikləri və demədiklərini bəndələrə çatdırmağı özünə vəzifə hesab edənlərin bunu hansı haqla etdiyi isə maraqlıdır. Əgər bütün lazım olan fikirlər Quranda varsa, onu şərh etməyin, əlavələr etməyin, hədislər uydurmanın heç bir yeri yoxdur. Təbii ki, müsəlmanın Allah yanında daha təqvalı olmasını artırmaq üçün dini anlayışları gücləndirəcək, artıracaq məntiqli fikirlərə ehtiyac var və olacaq. Amma bu, İslamın mahiyyətinə daxil olmamalıdır".

Anar Əliyev
Xəbəri paylaş