Türkiyənin Konya vilayətinin Səlçuklu rayonunda 5 bal gücündə zəlzələ baş verib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin yerin 7 kilometr dərinliyində qeydə alındığı bildirilib.