Mingəçevirdə məskunlaşan Kəlbəcər rayon sakini Oruczadə Rəvan gecə saat bir radələrində yaşadıqları mənzilin 7-ci mərtəbəsindən özünü binadan atıb.
Newscenter.az xəbər verir ki, intihara səbəb mərhumun uzun müddət xəstəlikdən əziyyət çəkməsi olub. Belə ki, uşaq uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.
İntiharın səbəbinin də bununla bağlı olduğu deyilir. Rəvan Kəlbəcər rayon 35 saylı məktəbini bu il bitirərək məzun olub. O, tərbiyəli, sakit uşaq olub. Evin tək oğul övladı idi.
Mehman Mehdiyev