Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev isveçrəli həmkarını təbrik edib

Prezident İlham Əliyev isveçrəli həmkarını təbrik edib


Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyi təbrik edib.

Newscenter.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İsveçrə arasında dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq diləyirəm".

Sevinc Mehdiyeva
Xəbəri paylaş