Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Surət Hüseynovla münasibətim düşmən münasibəti olub-PƏNAH HÜSEYN -ÖZƏL

Surət Hüseynovla münasibətim düşmən münasibəti olub-PƏNAH HÜSEYN


1993-cü ilin iyun qiyamının təşkilatçısı kimi yaddaşlarda qalan sabiq baş nazir Surət Hüseynovun vəfatı qiyamçı polkovnikin 30 il əvvəl hədəfində olan o zamankı hakimiyyət nümayəndələrinə diqqəti yönəldib. Həmin dövrdə Surət Hüseynova qarşı barışmaz mövqe tutan şəxslərdən biri də sabiq baş nazir Pənah Hüseynov olub.

Newscenter.az-ın
xəbərinə görə, Pənah Hüseynov qiyamçı polkovnik barədə mövqeyinin dəyişmədiyini və düşmən münasibətdə olduğunu vurğulayıb:

"Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub. Ona olan münasibətim düşmənə münasibət olub və elə də qalır. Bu onu deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın".

Anar Əliyev
Xəbəri paylaş