Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cəmiyyətin həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin sosial rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir

Cəmiyyətin həssas, xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin sosial rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir


"Cəmiyyətin həssas, xüsusi diqqət və qayğıya ehtiyacı olan təbəqəsinin sosial rifahının yüksəldilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin, şəxsən dövlət başçısının diqqət mərkəzindədir. Bu sırada şəhid ailələri, müharibə, hərbi əməliyyatlar zamanı müxtəlif dərəcəli xəsarət almış şəxslər və onların ailə üzvləri başlıca yer alır. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən təbəqələrdən olan insanlar təkcə dövlət başçısının diqqət mərkəzində deyil, eyni zamanda dövlətin ayrı-ayrı qurumları, nazirlik və komitələri də Cənab Prezidentdən nümunə götürərək həmin kateqoriyalardan olan vətəndaşlarımızın zaman-zaman üzləşdikləri bu və ya digər problemlərin həlli istiqamətində əməli addımlar atırlar. Bu mənada Tarif (qiymət) Şurasının 31 iyul tarixli iclasında daşınmaz əmlak sahəsində tariflərin tənzimlənməsi haqqında qərarın qəbul edilməsi xüsusi qeyd edilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Tarif Şurasının 31 iyul tarixili iclasının qərarınl şərh edərkən səsləndirib. İctimai Birlik sədri yeni qərar əsasında şəhid ailələri, hərbi əməliyyatlar zamanı xəsarət almış şəxslərin ailə üzvləri, eləcə də digər bu kimi kateqoriyadan olan vətəndaşlarımız üçün güzəştlərin tətbiqini yüksək qiymətləndirib və bunu dövlətin, eləcə də onun müvafiq qurumlarının uğurlu sosial siyasətinin tərkib hissəsi kimi xarakterizə edib:

"Tarif Şurasının 31 iyul tarixində keçirilən iclasda qəbul edilən yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Qərara əsasən şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50 faiz güzəşt tətbiq olunur. Paralel olaraq, qeyd edilən təbəqədən olan vətəndaşlarımız üçün kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə də tariflər dəyişdirilib və vətəndaşlar üçün daha da əlverişli edib".

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də dəyişiklik edilib. Beləliklə, yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır".

Qeyd edək ki, Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb.

Anar Əliyev
Xəbəri paylaş