Dollara olan tələb 100 faizdən çox artıb. Bəs bunun səbəbi nədir və bu manat üçün təhlükə yaradacaqmı?
Newscenter.az-ın xəbərinə görə, iqtisadçı Eldəniz Əmirov deyib ki, dollara olan tələbin kəskin artma səbəbi kimi bir sıra məqamları qeyd etmək olar:
"Amma bunlar arasında əsas amil yeni tədris mövsümü ilə əlaqədar dollara tələbin artmasıdır. Məktəb ləvazimatlarının, vəsaitlərinin, məktəbli formalarının və digər idxal məhsullarının ölkəyə gətirilməsi prosesinin başlaması dollara olan tələbi artırıb. Digər bir amil isə xaricdə təhsil alan tələbələrin növbəti tədris ilinə hazırlıqlara başlamasıdır. Nəzərə alsaq ki, bu proses hələ bir müddət davam edəcək, qarşıdakı müddətdə dollara tələbinin yüksək qalması mümkündür".
Eldəniz Əmirov onu da deyib ki, dollara tələbin artım dinamikası davamlı olmayacaq:
"Ona görə də hər hansı bir ciddi təzyiqdən söz gedə bilməz. Ölkənin mövcud valyuta ehtiyatları hazırda 66 milyard dollardır və mövcud neft qiymətləri manata qorxu yaratmadan, onun "relax"ına imkan verəcək".
Anar Əliyev