Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elə bir durum yarana bilər ki, Türkiyə Rusiyadan üz döndərməyə məcbur olar -ÖZƏL

Elə bir durum yarana bilər ki, Türkiyə Rusiyadan üz döndərməyə məcbur olar


Putin-Ərdoğan tandeminin NATO-Rusiya arasında açıq qapı saxladığı qənaətindəyəm. Türkiyə Prezidentinin ölkəsinin maraqları çərçivəsindən çıxış etdiyi və bu maraqlar daxilində Rusiya ilə əlaqələri kəsmədiyi, sanksiyalara qoşulmadığı faktı doğru olsa da, nəticə etibarı ilə Türkiyə NATO ölkəsidir və Türkiyənin NATO qarşısında öhdəlikləri var. Elə bir durum yarana bilər ki, Türkiyə Rusiyadan üz döndərməyə məcbur olar.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, əgər Türkiyə indi Rusiya ilə əlaqə saxlayırsa, bu, NATO-nun bilgisi və razılığı əsasında olur:

“NATO buna müəyyən maraqları naminə yol verir. Biri taxıl dəhlizi məsələsi. İki ölkə prezidentləri müntəzəm əlaqə saxlayır, yaranan problemlərin həllini müzakirə edib, yoluna qoyurlar. Hesab edirəm ki, bu dəfə də belə olacaq. Rusiya tək açıq qalan qapısını da bağlamaq istəməz. Sadəcə, Rusiya bir az özünü göstərmək, itirilmiş nüfuzunu bərpa etməyə çalışır ki, yəni mənim də sizə qarşı atacağım addımlar var”.

Politoloq deyib ki, Türkiyə Prezidenti R.T. Ərdoğan təcrübəli siyasətçidir:

“O da bir müddət gözləmə mövqeyi tutdu. Rusiyaya necə deyərlər "kişilənməyə" şərait yaratdı. İndi məqam çatır. Rusiya da müsbət mesajlar verir. Ona görə taxıl məsələsi öz həllini tapacaq, xüsusən də, Moskvada keçirilən Afrika ölkələri liderləri ilə görüşdən sonra. Rusiya yaxşı bilir ki, bu taxılın əsas hissəsi Afrika ölkələri üçün nəzərdə tutulub, eyni zamanda da, görüşə Afrika liderlərinin bir çoxlarının boykot üçün gəlməməsi Rusiyanın manevr imkanlarını azaldıb”.

Anar Əliyev
Xəbəri paylaş