Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır -ÖZƏL

Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır


"44 günlük Vətən müharibəsində ölkəmiz beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərini işğaldan azad etdi.Apardığımız müharibə çox ədalətli müharibə idi.Beləki Ermənistan otuz ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayıb və həmin ərazilərdə misilsiz vandalizm aktları törətmişdi.Azərbaycanın apardığı düzgün siyasət nəticəsində mənfur Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanındı.Müharibə bitdikdən sonra isə hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini əyani şahidi oldu.Bu gün isə artıq Azərbaycan ulu öndərin ideyalarına sadiq qalaraq, Müzəffər Ali Komandan,Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sabitlik, inkişaf və xalqın sosial-rifahı naminə sülhün bərqərar olmasında maraqlıdır və bunun üçün çox çalışır".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Saatlı rayonu 15 saylı ƏPT-nın sədri Vüqar Məmmədov səsləndirib. O bildirib ki, lakin atılan addımlar qarşılıqlı olmalıdır! Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddiaları olmamalıdır və buna da son qoyulmalıdır:

"Azərbaycan bu istiqamətdə əməli addımlar atmışdır, belə ki, artıq sərhədin delimitasiyası ilə bağlı komissiya da yaradılmışdır.Əslində bu məsələdə erməni ictimaiyyəti böyük rol oynamalıdır.Kənar müdaxiləyə gəlincə,düşünür əm ki, bu məsələyə heç kim müdaxilə edə bilməz, suverenliyimizə və təhlükəsizliyimizə təhlükə törədən bu terrorçuların və ya qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi nə mane ola bilməz.Xüsusi qeyd edirəm ki, ümumiyyətlə heç-kəs, xüsusilə sülhməramlılar öz vəzifə və səlahiyyətlərini aşmamalı, dəqiq icra etməli, onlara verilən mandatdan kənara çıxmamalıdırlar.Hal-hazırda isə qarşımızda duran ən mühüm vəzifələrdən biri azərbaycanlıların tezliklə Xankəndinə, Xocalıya, Əsgərana və Ağdərəyə qayıtması üçün bu ərazilərin 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni silahlı qüvvələrindən tam təmizlənməsi və soydaşlarımızın təhlükəsiz şəkildə bu ərazilərə qayıtmaları üçün hazırlıq işlərinə başlamaqdan ibarət olmalıdır.Şübhəsiz istərdik ki,bu mərhələ sülh yolu ilə tezliklə öz həllini tapsın və gələcəkdə hər hansı anti-terror əməliyyatlarına da ehtiyac olmasın.Ermənilər doğrudanda anti-
terror əməliyyatlarının davam olunmasını istəmirlərsə,bütün qanunsuz silahlı birləşmələr qeyd-şərtsiz ölkəmizin ərazisini tərk etməlidirlər. Qürurla və sevə-sevə vurğulayıram ki, dost-qardaş Türkiyə silahlı qüvvələrinin birbaşa iştirakı ilə 10 noyabr sazişinin icrasına nəzarəti həyata keçirəcək Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlaması olduqca önəmlidir və bu prosesin sürətlənməsinə ciddi təkan verəcəkdir.Əminəm ki, bu mürəkkəb mərhələni də qətiyyətli Prezident İlham Əliyevin uzaqgörən və mükəmməl siyasəti ilə uğurla başa çatdıra biləcəyik.
Sonda cənab Prezidentin dediyi sözlərlə fikrimi yekunlaşdırmaq istəyirəm : "Erməni icması beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır.Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə vəziyyət proqnozlaşdırılmayan olacaqdır".

Anar Əliyev
Xəbəri paylaş