Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əsas missiyamız bizə göstərilən etimadı sonadək doğrultmaqdır

Əsas missiyamız bizə göstərilən etimadı sonadək doğrultmaqdır


"Millət vəkili kimi fəaliyyətə başladığım ilk gündən etibarən, seçicilərimizin etimadını doğrultmağa çalışmış, bizə edilən bütün müraciətlərə operativ cavab vermək və həlli istiqamətində addımlar atmaq əsas hədəfimiz olmuşdur. Problemlər və müraciətlər bizim tərəfimizdən qısa zamanda aidiyyatı qurumlara göndərilib. Bu məsələdə bir çox strukturlarla mütəmadi olaraq əməkdaşlıq etmişik. Biz fəaliyyətimizdə hər zaman şəffaflığı və obyektivliyi əsas tutaraq, bizə gələn bütün müraciətlərə həssas yanaşmağa çalışmışıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deputat fəaliyyəti ilə bağlı açıqladığı hesabatda qeyd edib. Millət vəkili qeyd edib ki, bundan başqa ölkədə baş verən hadisələrlə bağlı istər yerli, istərsə də xarici televiziya kanallarında, sosial şəbəkələrdə münasibət bildirmək, şəhid ailələri və qazilərlə sıx əlaqədə olmaq, gənclərin marifləndirilməsi yolunda təşkil edilən tədbirlərdə iştirak fəaliyyətimizin ən vacib istiqamətlərindən olmuşdur:

"Bundan sonrakı fəaliyyətimiz dövründə yenə də əsas missiyamız seçicilərin qayğı və problemləri ilə maraqlanmaq, onları narahat edən məsələlərin operativ şəkildə həll edilməsinə dəstək göstərmək, bizə göstərilən etimadı sonadək doğrultmaqdır".

Anar Əliyev
Xəbəri paylaş