Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir

Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir


Bakı şəhəri, Heydər Əliyev prospektində P tipli istiqamətverici lövhələrin quraşdırılması davam edir. Lövhələrin quraşdırılması işləri prospektin şəhər istiqamətində, 26.4-cü km-də, bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Newscenter.az xəbər verir ki, qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Sona
Xəbəri paylaş