Müstəqil jurnalist Fatimə Mövsüm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.
Newscenter.az həmin müraciəti təqdim edir:
Mən Qasımova Fatimə Mövsüm qızına Göyçay rayonunda bir qrup xəstə təfəkkürlü insanlar. "Göyçay Ucar İsmayıllı Zərdab" və özlərinin açdıqları digər profillər vasitəsi ilə hər gün ən ağır formada "facebook" sosial şəbəkəsində, "Tik-tok" və s. təhqir edib, böhtan atırlar.
Qərbi Azərbaycanlı olduğum üçün "erməni" deyərək alçaldırlar. Haqqımda heç bir əsası olmayan şayə və təhqirlər yazıb kiçik bir rayonda Göyçayda nüfüzdan salırlar.
Hörmətli Mehriban xanım, məni ən yaxşı siz anlayarsınız. Bir qadının böhtanlar qarşısında, nalayiq, qeyri-əxlaqi ifadələrlə, fotolarının yerləşdirilərək təhqir olunması utanc verici duyğudur. Mənim övladlarıma körpələrimə iyrənc ifadələr işlədilir. Buna bir dur deyən yoxdur.
Saxta profillərlə, lakin özlərini aşkar nümayiş etdirən bir qrup "ünsürlər" tərəfindən 3 aydır ki, şiddətli böhtan və təhqirlərə məruz qalmışam.
Heydər Əliyev Parkında göstərdiyim təqdirə layiq xidmətim nəzərə alınaraq Göyçay Bayraq Muzeyi rəhbəri olaraq təyin edildim. Bundan sonra Azərbaycan bayrağımız və Ulu öndərimizin kəlamları ilə paylaşımlar etdim, təziqlər daha çox olmağa başladı.
Muzey işi ilə yanaşı həm də maarifləndirici, cənab prezidentimizin siyasi-kursunu, ölkəmizin və rayonumuzun təqdirə layiq işlərini, dövlət tədbirlərini işıqlandırmağa başladım. Bir qrup şəxsin Göyçay çayı ətrafında insanları yalan məlumatla ayaqlandırdığını gördükdə isə buna qarşı hüquqazidd olmadan maarifləndirici reportaj hazırladım və araşdırdıqdan sonra sakinlər özləri də sakitləşdilər. Bunu görüb hiddətlənən qruplaşma məni fotolarımı yerləşdirərək, bu qadın "şəhid qardaşını söyüb" "insanları şantaj edir", "əxlaqsızdır" və s( sizə tam təfərrüatı ilə deyə bilmirəm, söyüşlərlə, heç bir əqidə və insanlığa sığmayan "övrat" söyüşləri ilə) təhqir etməyə başladılar.
Hüquq mühafizə orqanlarına müraciət etmişəm, lakin heç bir tədbir görülmür. Daha da profil sayını artırırlar. Ulu Öndərimizin gözəl bir deyimi var. "Heç bir cinayət cavabsız qalmalı deyil" Bu gün cəzasızlıqdan harınlayan məhs bu yolla insanları şantaj edib özlərinə əxlaqsız təbəqədən qrup yığanların məqsədi bütün rayonlarda bu cür "əxlaqsız təşkilatlar" yaradaraq dövlət məmurlarını, işləyən sakin və vətəndaşları qorxu içində saxlamaqdır.
Əxlaq olmayan yerdə ədalət olmaz! Mənə erməni deyib ən utancverici söyüşlərlə təhqir edənlərin cəzalanması üçün sizə müraciət edirəm.
Göyçay RPŞ məsələ ilə bağlı 3 aydır ki, müraciət etmişəm. Saxta profilləri kimin işlətdikləri də demək olar ki, aşikardır. Öz üsullarımla Polis Qiyasa(təhqiqatçıya) təqdim etmişəm. Işimə qərəz göstərildiyi üçün əks tərəfin əxlaqsızları daha çox azğınlaşırlar, sizə video müraciət edib şəxsi facebook səhifəmdə paylaşdım.
Mən bu gün Prezidentimizin, Ulu Öndərimizin, bayrağımızın təbliği fəaliyyəti ilə məşğulam. Məni söyüş və təhqirlərlə elə hala gətiriblər ki, onlara adekvat cavab vermək həddindəyəm. Lakin mən onlar kimi "əxlaqdan bixəbər" deyiləm. Bu ünsürlər tək məni deyil, 65 yaşlı qaynanamın da fotosunu yerləşdirdilər. Layiqli Dövlət qulluqçusü Nicat Mahmudovun da namuslu-qeyrətli, iffətli həyat yoldaşına da böhtan atdılar, söyüş söydülər.
Cəzasızlıq və polisin məsələyə soyuq münasibətindən Cənab Əli Nağıyevə də müraciət məktubu ünvanladım.
Bu əxlaqsızları aşikar edin, Azərbaycanımızın içındə söyüşlə, insanları təhqir edib alçaldaraq biabırçılıqlar edənlər özlərini dövlətin yanında göstərən Vətən xainləridir. Sizə 3 uşaq anası kimi yalvarıram, müraciətimi cavabsız buraxmayın. Məni bu "Allahsızlara" əzdirməyin. Rayonda sayılıb seçilən xanımlardan biriyəm.
Bu "əxlaqsızlıqlara" dur deyin, bunların aşkar olunmağı çətin deyil. Hər biri rayonda özünə blogger deyən insanlardır(əxlaq cəhətdən acizdirlər) Qarşısı alınmasa digər rayon və şəhərləri də belə "söyüş kompaniyası" ilə təhdit və şantaj içində idarə etməyə çalışacaqlar.
Milli-mentalitetimiz, milli dəyərlərimiz təhdit altındadır. Cənab Prezident Ilham Əliyev, Vitse Prezidenti Mehriban xanım sizin bu məsələlərə son qoyacağınıza bir vətəndaş kimi inanıram.
NEWSCENTER.AZ