"Paranoid şəxsiyyət pozuntusunun mənası olmayan qurğu və formalaşmış düşüncə tərzi, hamidan şübhələnməkdir. Belə insanlar digər psixi xəstəliyi olan insanlardan fərqli tabloya malikdirlər".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən psixoloq Ülviyyə Murtuzova deyib ki, həminn şəxslər daha çox özünümüdafiəyə meyilli insanlar olduğu üçün kənardan psixi problemi olan insan kimi görünmürlər:
"Bu şəxsiyyətə sahib insanlar, müxtəlif səbəblərlə şübhə yaradır və başqalarına həmin şübhələrini əsaslarla çatdırırlar. Pozuntu irəlilədikcə şizofreniyaya çevrilir. İş, ailə və sosial münasibətlərində problemlər yarana bilər. Şiddətə meyilli olduğu mütləqdir. Cinayət və yaralanmalara meyillilik var. Bir çox psixiatrik pozuntularda olduğu kimi, burada da genetik, (bioloji), sosioloji və nevroloji səbəblər müşahidə olunur..Xüsusilə beynin ön hissəsində yerləşən “doğru yanlışı fərqləndirmə ”hissəsində struktural pozuntu paranoid şəxsiyyət pozuntusuna səbəb ola bilr. Orqanik beyin xəstəliyidir"…
Anar Əliyev