Bakı şəhəri, Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli Qərarına əsasən 2023-2024-cü tədris ilində tətbiq ediləcək vahid məktəbli forması artıq müəyyən olunub.
Newscenter.az təhsil müəssisəsinin direktoru Tünzalə Zeynalovaya istinadən xəbər verir ki, vahid məktəbli forması pedaqoji şura iclasının qərarına və valideyinlərin razılığına uyğun olaraq oğlanlar və qızlar üçün müəyyənləşdirilib.
Məktəb rəhbərliyi valideynlərdən bunu nəzərə almağı xahiş edir.
Anar Əliyev