Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin müsahibəsi böyük maraqla qarşılanıb -ÖZƏL

Prezidentin müsahibəsi böyük maraqla qarşılanıb


"Avqustun 1-də “Euronews” telekanalınin “Qlobal dialoq” proqramında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suşa şəhərində kanalın beynəlxalq müxbiri Aneliz Borjeslə müsahibəsi efirə verilib. Dünyanın əksər ölkələrində yayımlanan “Euronews” telekanalında göstərilən müsahibə geniş ictimaiyyət tərəfində böyük maraqla qarşılanıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural İsmayılov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyev müsahibəsində ölkəmizin mövqeyini bir daha nümayiş etdirib:

"Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunan ölkə başçısı Brüssel görüşlərindən danışıb. Qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir".

Anar Əliyev
Xəbəri paylaş