Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.
Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əmək haqqının ödəniş dərəcəsi bərpa edilmiş və onlar əvvəlki qaydada əmək haqqı almaqda davam edirlər.
Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.
R.Mehdiyeva