"Azərbaycanlılara qarşı soyqırım və deportasiya siyasəti həyata keçirmiş, Ermənistanda, Qarabağda yaşayan vətəndaşlarımızı öz ev-eşiklərindən didərgin salmış, onları qətlə yetirmiş bütün erməni terrorçularını Vaqif Xaçaturyanın taleyi gözləyir. Xalqımıza qarşı müxtəlif cinayətlər törətmiş heç bir terrorçu cəzadan yayına bilməz".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Qarabağdakı separatçı və terrorçular könüllü şəkildə təslim olsalar onların cəzası bir qədər yüngül ola bilər:
"Vaqif Xaçaturyanın cəsur sərhədçilərimiz tərəfindən müəyyən edilib saxlanılması Arayik Arutunyanlara, Ruben Vardanyanlara dərs olmalıdır ki, ilahi ədalətdən və cəzadan qaçmaq olmaz. Sadəcə bunun geci-tezi var".
Arzuman Muradlı bildirib ki, Qarabağdakı separatçılar və terrorçular tamamilə zərərsizləşdirildikdən sonra bölgənin erməni sakinləri Azərbaycan cəmiyyətinə reinteqrasiyaya daha çox maraqlı olacaqlar.
Anar Əliyev