Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bu savaşdan alnıaçıq çıxacaq -ÖZƏL

Azərbaycan bu savaşdan alnıaçıq çıxacaq


"Ermənistanın informasiya müharibəsinin ön cəbhəsində kimlərin, hansı dövlətlərin durmasından asılı olmayaraq şübhə yoxdur ki, Azərbaycan bu savaşdan alnıaçıq çıxacaq. Çünki informasiya savaşında ölkəmizi təmsil edən öz siyasi savadı, hazırcavablığı, təmkinliliyi və qətiyyəti ilə bütün dünyaya meydan oxuya biləcək rəhbəri var. Bu rəhbər ölkə Prezidenti İlham Əliyevdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elçin Məmmədov səsləndirib. O bildirib ki, 2020-ci ildə, müharibə dövründə 30-a yaxın xarici Kütləvi Informasiya Vasitələrinə müsahibələr verən, milli maraqlarımızı, dövlət siyasətimizi ən yüksək şəkildə müdafiə edən, ittihamlara, qarayaxma kompaniyalarına məharətlə, ustalıqla cavab verərək dünyaya master-klass keçən İlham Əliyev bu gün də reallıqların dünya arenasına çatdırılmasında effektiv rol oynayır:

"Bu mənada dövlət başçımızın 22 iyul tarixində “Euronews” televiziyasına müsahibəsi xüsusi əhəmiyyət kəsb edir. Məlumat üçün qeyd edək ki, sözügedən Kütləvi İnformasiya Vasitəsi dünyanın 160 ölkəsində yayımlanan və 400 milyonluq auditoriyası olan bir platformdur. Belə bir platformda Azərbaycan Prezidentinin çıxışı həm ölkəmizə və regionumuza, həm də Azərbaycan Prezidentinin şəxsinə göstərilən marağın nümayişidir".

Anar Əliyev
Xəbəri paylaş