Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bağırsaq problemləri yaşayan insanlarda qaraciyər problemləri də görülməkdədir: -ÖZƏL

Bağırsaq problemləri yaşayan insanlarda qaraciyər problemləri də görülməkdədir:


"Orqanizmdə ideal və ya stabil balanslaşmanın olması üçün həzm sistemi orqanlarının sağlıqlı olması çox zərüridir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova səsləndirib. Onun sözlərinə görə, bağırsaq problemləri yaşayan insanlarda qaraciyər problemləri də görülməkdədir:

"Burdan da bağırsaq mikrobiyotasının balanslı olmasının önəmini görə bilirik. Hətta bağırsaq problemləri olan xəstələrdə mövcud qaraciyər xəstəliyi daha da kəskinləşir. Metforminin təsir mexanizmasına aid çalışmalardan da görünür ki, bağlrsaqlarımızla qaraciyər arasında metobolik əlaqələr orqanizmdə stabilliyin qorunmasını təmin edir".

Aysel Əskərova deyib ki, məhs buna görə də xəstələrdə mövcud xəstəliklərin gedişatlarını proqnozlaşdırarkən vəhdətli problemlərin olub olmaması önəm daşıyır. Məsələn mənim 4 cü mərhələ xərcəng xəstəsi olan bir xəstəmə qarşı düşüncəm 1 ci və 2 ci mərhələdə olanlarla eynidir".

Anar Əliyev
Xəbəri paylaş