Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər İlham Əliyevin reinteqrasiya ilə bağlı ismarıclarını düzgün dəyərləndirməlidirlər -ÖZƏL

Ermənilər  İlham Əliyevin reinteqrasiya ilə bağlı ismarıclarını düzgün dəyərləndirməlidirlər


“Euronews” televiziyasına müsahibədə səsləndirilən mesajların məzmunu onu göstərir ki, Azərbaycan Prezidenti ermənilərin bizim cəmiyyətimizə reinteqrasiyasının insidentsiz, problemsiz baş tutacağına inanır. Çünki bu istiqamətdə ilkin təcrübələr də pozitiv düşünməyimizə əsas verir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, elə Cənab Prezident də “Euronews”dan olan jurnalistin mövzuyla bağlı sualını cavablandırarkən ermənilərlə azərbaycanlıların ilkin təmaslarının müsbət nəticələrini xüsusi olaraq vurğuladı:

“Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqlar arasında təmaslar oldu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar demək olar dərhal dostlaşıblar. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan onlar, sadəcə olaraq, çıxıb getdilər. Bu, onu göstərir ki, sadə insanların əksəriyyətinin ürəyində bu nifrət yoxdur”.

Əlisahib Hüseynov deyib ki, ermənilər İlham Əliyevin reinteqrasiya ilə bağlı ismarıclarını düzgün dəyərləndirməlidirlər.

Anar Əliyev
Xəbəri paylaş