Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hələ də nəticə çıxarmayıb -ÖZƏL

Ermənistan hələ də nəticə çıxarmayıb


"Azərbaycan tərəfi öz mövqeyinə sadiq qalaraq həm Ermənistanla münasibətlərin normallaşdırılnası istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirir, həm də Qarabağ erməniləri ilə birbaşa təmaslar qurmağa çalışır".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Tural Məmmədov səsləndirib. Onun sözlərinə görə, erməni tərəfi öz ənənəsinə sadiq qalaraq Azərbaycanın son təklifini də cavabsız qoyub:

"Bu, həm Ermənistanın, həm də Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafına qeyri-konstruktiv münasibətini nümayiş etdirməklə yanaşı, həm də mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını göstərir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, onların başqa çıxış yolu yoxdur. Ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur".

Anar Əliyev
Xəbəri paylaş