Fransa iyulun 26-da dövlət çevrilişinin baş verdiyi Nigerdən vətəndaşlarını tamamilə təxliyə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Fransanın Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, 577-si Fransa vətənaşı olmaqla, ümumilikdə 1079 nəfər Nigerdən təxliyə olunub. Təxliyə edilənlər arasında Almaniya, İngiltərə, Kanada, Yaponiya və Braziliya vətəndaşları da var. Təxliyə əməliyyatı Fransanın bu ölkədəki səfirliyi, Müdafiə Nazirliyi və Baş Qərargah ilə razılaşdırılaraq həyata keçirilib.
Qeyd edək ki, iyulun 26-da baş verən dövlət çevrilişindən sonra qiyamçıların hədəf aldığı obyektlərdən biri də Fransanın Nigerdəki səfirliyi olub.
Anar Əliyev