"Cənab Prezidentin digər müsahibələrində olduğu kimi bu müsahibə də konkret tərəflərə ünvanlanmış mesajlarla zəngin oldu".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə prezidentin “Euronews” televiziya kanalına müsahibəsini şərh edərkən səsləndirib. Politoloq deyib ki, ilk olaraq 2020-ci il 10 noyabr bəyanatına toxunan ölkə başçısı həmin sənədin sülh razılaşması deyil, məhz kapitulyasiya aktı olduğunu xatırladaraq ölkəmizin yekun sülh həlli üçün konkret təşəbbüslərlə çıxış etdiyini bildirdi:
"Həqiqətən də sülh sazişinin prinsiplərini müəyyən edən və bu prinsipləri irəli sürərəkən beynəlxalq hüququn prinsiplərindən çıxış edən tərəf məhz elə Azərbaycan olub. Ölkəmiz 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün dayanmadan səylər göstərir. Amma Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirir və bu gün də sülhə əngəl olan məhz Ermənistandır. 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq məhz bizim sülh təklifi ilə çıxış etməmizin beynəlxaql ictimaiyyət tərəfindən də bilinməsi olduqca vacibdir. Cənab Prezident də hər imkanda bu həqiqətləri çatdırmaqla bizim haqlı mövqeyimizi nümayiş etdirmiş olur".
Anar Əliyev