Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Şuşadan verdiyi müham mesajlar -ÖZƏL

Prezidentin Şuşadan verdiyi müham mesajlar


“Rəsmi Bakı dövlət başçısı Cənab İlham Əliyevin dilindən bir daha öz mövqeyini dünyaya bəyan etdi ki, Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizlik istəyir və bunun üçün də davamlı səylər göstərir. Baxmayaraq ki, qarşı tərəf, yəni Ermənistan regionda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəni şərh edərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, dövlət başçısının sözügedən kanala müsahibəni məhz Şuşada, tarixi “Şuşa Bəyannaməsi”nin imzalandığı məkanda verməsi də həm rəmzi məna daşıyır, həm də olduqca əhəmiyyət kəsb edir:
“Yəni, dövlət başçısı müsahibəni Şuşada verməklə bir daha dünyaya o ismarıcı vermiş oldu ki, bu torpaqlar bizi, bizim dədə-babalarımıza məxsusdur. Kimsə bundan sonra ərazilərimizə göz dikə, onu işğal etmək niyyətinə düşə bilməz. Əks halda Azərbaycanın çox güclü ordusu bu cəhdə qarşı öz gücünü, qüdrətini nümayiş etdirəcək”.

Arzuman Muradlı onu da deyib ki, müsahibədə diqqət çəkən digər bir mühüm məqam Azərbaycan prezidentinin Qarabağın erməni sakinləri ilə bağlı səsləndirdiyi fikirlər idi:

“Dövlət başçısı bildirib ki, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar”.

İctimai Birlik sədri deyib ki, dövlət başçısı müsahibəsi zamanı Ermənistan rəhbərliyinə də mesaj ünlanmaış oldu:


"Prezident bildirdi ki, Ermənistan hökuməti üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır".

Anar Əliyev
Xəbəri paylaş