"Dünyada beynəlxalq hüququn işləmədiyi bir dönəmdə humanitar təşkilatların da fəaliyyəti öz missiyasından kənara çıxmaqdadır. Təəssüf doğuran odur ki, bayrağında və ya emblemində Qırmızını humanizm simvolu kimi seçən bu təşkilatlar humanitar yardım, xeyirxahlıq kimi ali dəyərlərdən kənarlaşaraq, tabe olduqları təsisatların, quruluşların siyasi maraqlarına xidmət edir və spekulyasiya, sui-istifadə predmetinə çevrilməkdədir. Biz rəmzi mənası bəşəriyyətə rifah və ədalət vəd edən Qırmızı etiketindən müxtəlif güclərin öz çirkin siyasi məqsədləri ümün istifadə etməsi hallarına çox rast gəlmişik".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. Onun sözlərinə görə, yaxın tariximizə baxsaq, Qırmızını rəmzi məna kimi seçən bolşevik ordusunun Azərbaycana sülh və sosial bərabərlik adı altında imperalizm, zülm, istibdat, dözülməz işgəncələr, milli dövlətçilik atributlarına qarşı hörmətsizlik, dövlət suverenliyimizə qəsd kimi cinayətlərini yaddan çıxmamışıq:
"Keçmiş SSRİ-nin bayrağı büsbütün Qırmızı rəngə boyansa da, əslində xalqların həbsxanasına çevrilmiş bu imperiya 70 il onların milli azadlığını qan içində boğmuşdur. Qırmızı rəng və emblem kimi bir çox imperiya və təşkilatların, ideoloji cərəyanların da sülh və bərəbarlik, azadlıq rəmzi kimi götürülsə də, əslində insanlara qan və qorxu gətirən simvolizəyə çevrilib.
Ötən əsrin ortalarında yaranmış Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu baxımdan öz rəmzi mənasından uzaqlaşıb, əvvəllər humanitar-sosial funksiyanın daşıyıcısı kimi xoşməramlı fəaliyyət göstərsə də, sonradan xidmət etdiyi təşkilatların, dövlətlərin siyasi maraqlarına alət olub. Nəticədə bu təşkilata olan etimad və inam azalır, onun ikilistandartlığı daşıdığı ada olan hörmıəti heçə endirir".
Vaqif Abdullayev deyib ki, müasir dövrdə Qırmızı Xaçın yerləşdiyi ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qarşı hörmətsizlik nümayiş etdirməsi də adi hala çevrilib:
"Biz bunun son aylarda Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən “Laçın” sərhəd-buraxılış məntəqəsi ilə humanitar yüklərin daşınmasını həyata keçirən Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrinin Azərbaycan qanunlarını pozmaq cəhdlərində şahidi olduq. Komitəyə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri, siqaret və benzin oğurluğu və üzərinə BQXK emblemi vurulmuş nəqliyyat vasitələrinin Ermənistan vətəndaşlarına icarəyə verilməsi açıq-aşkar saxtakarlığın, cinayətkara şərait yaradılmasının nümunəsidir.
Bu faktlar Azərbaycan Respublikasının qanunlarının pozulması, dövlət suverenliyinə qarşı hörmətsilzik və BQXK-nin öz mandatından kənara çıxması halı deməkdir.
\Bu, konkret əsaslı faktlar bir daha təsdiq edir ki, Qırmızı Xaç Komitəsi Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilərə “humanitar yardım” adı alıtnda Ermənistanın qurduğu siyasi spekulyasiya, şantaj və beynəlxalq icyimaiyyəti aldatmaq üçün təşkil etdiyi şoulara şəriklik edir. Separatçı rejimin fitnə-fəsadlarına himayədarlıq edir. Bu, Qırmızı Xaçın riyakarlığıdır".
Vaqif Abdullayevin sözlərinə görə. 30 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərən Qırmızı Xaçın Bakı Nümayəndəliyi indiyə qədər bir dəfə də olsun blokadada yaşayan Naxçıvanın 400 min əhalisinin humanitar yardım məsələsini gündəmə gətirməyib, bu insanların taleyini düşünməyib, ancaq aylardır Qarabağdakı 50-60 min erməninin canfəşanlıqla qayğısına qalır, Xankəndində ofis açır:
"Komitə Qarabağda erməni terrorçularının qətlə yetirdiyi itkin düşmüş 4 min azərbaycanlının taleyi ilə niyə maraqlanmır, Xocalıda, Meşəlidə soyqırıma məruz qalmış insanların taleyi ilə bağlı Azərbaycanın illərdir ki, bağırdığı haqq səsinə niyə səs vermir?
Bu gün Azərbaycan ermənilərin hər qarış torpağa basdırdığı mina problemindən böyük əziyyət çəkir, ölkə ərazisinin 20 faizində milyondan artıq mina basdırılıb. Komitə minadan təmizləmədə Azərbaycana humanitar yardım etmək, beynəlxalq qurumları bu işə səfərbər etmək əvəzinə, Qarabağdakı terrorçulara oğurluq benzin daşıyır. Məgər bu qurumun işi ermənilərin tərəfini tutmaq, Xaçlı ölkələrinə qulluq etməkdirmi?
Hər bir beynəlxalq təşkilatın bir ölkədə bir rəsmi ofisi olmalıdır, Qırmızı Xaçın Bakı ofisi varsa, Xankəndindəki ikinci ofisin olması Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik deyilmi?
Ona görə də, Qırmızı Xaç təşkilatının Xankəndindəki missiyası ləğv edilməli, birbaşa işini Bakı ofisi vasitəsilə nizamlamalıdır".
Vaqif Abdullayev hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən Qırmızı, Sarı, Mavi təşkilatların hər birinin fəaliyyəti ciddi şəkildə araşdırılmalı, onların hər biri Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinbə uyğun olaraq qanunlar əsasında işləməlidir:
"Əks halda, Azərbaycan öz legitim suveren hüquqları çərçivəsində zəruri tədbirlər görmək iqtidarında olacaqdır".
Anar Əliyev