Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qisas" əməliyyatı Ermənistan hakimiyəti və ordusu üçün növbəti dərs oldu -ÖZƏL

"Qisas" əməliyyatı Ermənistan hakimiyəti və ordusu üçün növbəti dərs oldu


"Qisas" əməliyyatı 44 günlük Vətən müharibəsindən dərs almayan Ermənistan hakimiyyəti və ordusu üçün növbəti dərs oldu. Bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Respublikası bir qarış torpağını güzəştə getməyəcək!".

Newscenter.az xəbər verir ki, bu fikirləri ictimai fəal Ramil Mehdili səsləndirib. Sözügedən əməliyyat barədə danışan R.Mehdili deyib ki, "Qisas" əməliyyatından 1 il ötür. Onun sözlərinə görə, 2022-ci il avqustun 1-dən cəbhədə baş verən gərginlikdən 2 gün sonra Azərbaycan ordusunun əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid oldu:

"Bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi "Qisas' əməliyyatı ilə düşmənin canlı qüvvələri və zirehli texnikaları məhv edildi. Bu hərbi toqquşmalar düşmənə qarşı gücümüzü bir daha sübut etdi. Hərbi əməliyyatlar nəticəsində strateji əhəmiyyətə malik olan Qırxqız və Sarıbaba yüksəklikləri ordumuzun nəzarətinə keçdi!".

Anar Əliyev
Xəbəri paylaş