Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Quru sərhədləri heç olmasa tələbələr üçün açılsın -ÖZƏL

Quru sərhədləri heç olmasa tələbələr üçün açılsın


"Azərbaycanın quru sərhədlərinin ən azı xarici ölkələrdə təhsil alan tələbələr üçün açılması olduqca zəruridir".

Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Cəmiyyətinin açıqlamasında yer alıb. Newscenter.az-a Cəmiyyətdən daxil olan açıqlamada bildirilib ki, ən azı yeni tədris ilində qısamüddətli də olsa sərhədlərin açılmasına ehtiyac var:

"Xarici ölkələrdə, xüsusilə qardaş Türkiyədə təhsil alan minlərlə azərbaycanlı gənc var ki, onlar üçün təyyarə bileti alıb Türkiyəyə getmək ciddi problemdir. Yaxşı olar ki, ən azı tələbələr üçün quru sərhədləri qısamüddətli açılsın və gənclərimizin yeni tədris ilində Türkiyə, yaxud digər ölkələrə getməsi bir qədər ucuz başa gəlsin".

Anar Əliyev
Xəbəri paylaş