Sudanda 3 ay əvvəl Ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən silahlı qarşıdurma nəticəsində 4 milyon insan öz ev-eşiyindən didərgin düşərək qaçqına çevrilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, silahlı qarşıdurma nəticəsində sadə vətəndaşlar da daxil olmaqla hər iki tərəfdən 3 mindən artıq insan həılak olub. On minlərlə sudanlı isə silahlı qarşıdurma zamanı müxtəlif dərəcəli xəsarətlər alıb.
Bu gün Sudan Ordusunun Çevik Dəstək Qüvvələrinin paytaxt Hartunun şimal və qərb hissəsindəki mövqelərinə endirdiyi raket zərbəsi nəticəsində onlarla insan həlak olub.
Anar Əliyev