Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə beynəlxalq investorları ölkəyə cəlb etmək istəyir -ÖZƏL

Türkiyə beynəlxalq investorları ölkəyə cəlb etmək istəyir


Türkiyə daha çox xarici investorları ölkəyə sərmayə yatırmağa cəlb etmək istəyir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu məqsədlə avqustun 4-də xəzinə və maliyyə naziri Mehmet Şimşək xarici investorlarla görüşəcək.

JP Morgan tərəfindən təşkil olunacaq Türkiyə İqtisadi Forumu çərçivəsində baş tutacaq görüşdə təxminən 50 investorun iştirakı nəzzərdə tutulur. Nazir Forumda beynəlxalq investorlara Türkiyə iqtisadiyyatı ilə bağlı təqdimat edəcək.

Təqdimatının ardından investor qrupları ilə ayrı-ayrılıqda bir araya gələcək Şimşək, BlackRock, JP Morgan, Sinqapur Sərvət Fondu və Franklin Templeton investisiya şirkətlərinin nümayəndələri ilə təkbətək görüşlər keçirəcək.

Forum və görüşlər mətbuata qapalı keçiriləcək.

Natiq Orucov
Xəbəri paylaş