Rusiyanın Ukrayna ordusuna aid pilotsuz dəniz vasitəsinin Qara dənizin cənub-qərbində mülki gəmini müşayiət edən Rusiya hərbi gəmisinə uğursuz hücum cəhdi ilə bağlı iddiasına Kiyevdən reaksiya verilib.
Newscenter.az-ın xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, bu Moskvanın Kiyevə qarşı növbəti təxribatıdır və məqsəd Qara dənizdə hərəkət edən sərnişinlər gəmilərində qorxu yaratmaqdır.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsinin Qara dənizin cənub-qərbində mülki gəmini müşayiət edən Rusiya hərbi gəmisinə uğursuz hücum cəhdi etdiyini bildirib.
Anar Əliyev