Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni Klinikanın sözçüsü işindən ayrılıb

Yeni Klinikanın sözçüsü işindən ayrılıb


Yeni Klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə işindən ayrılıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumatı İlham Məmmədzadə özü paylaşıb. Bildirib ki, iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmır:

"Yeni Klinikanın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım".

"Fəaliyyət göstərdiyim ötən dövr qısa olsa da, mümkün imkanlardan istifadə edərək Yeni Klinikanın fəaliyyətinin ictimaiyyətə tanıdılması, işıqlandırılması istiqamətində əlimizdən gələni etdik. Bu işdə bizə dəstək olan hər bir media dostlarımıza dərin təşəkkürümü bildirirəm. Yaxın günlərdə yeni ünvanda görüşənədək"-deyə, İlham Məmmədzadə bildirib.

Anar Əliyev
Xəbəri paylaş