Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan daha çox fayda təmin etməyə çalışırlar -ÖZƏL

Azərbaycandan daha çox fayda təmin etməyə çalışırlar


"Qarabağdakı ermənilərin, ümumilikdə Ermənistanın mövcud durumu hərbi, siyasi, iqtisadi, mədəni, xüsusilə də demoqrafik və ideoloji vəziyyəti strateji baxımdan sürdürüləbiləcək vəziyyət deyil"

Newscenter.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, bunu həm Paşinyan hakimiyyəti, həm Rusiya, həm Qərb, həm də İran dövlət mexanizmləri görürlər:

"Sadəcə hərəsi bu prosesdə öz marağını güddüyü üçün qazanan və çox daha geniş imkanlara malik tərəf olan Azərbaycandan daha çox fayda təmin etməyə çalışırlar. Ermənistanın isə onsuz da verə biləcəyi bir şeyi qalmayıb, çünki hamısını paylayıb Rusiya ilə İrana. Qərbə verəcəkləri də ciddi geosiyasi risklər yaradacaq. Bu isə bizə ciddi fürsətlər yaradır".

Nazim Cəfərsoy qeyd edib ki, ABŞ və Fransa kimi ölkələrdəki diasporanın istəkləri isə yerli siyasətçilərə seçkilərdə dəstək almaqdır.

Anar Əliyev
Xəbəri paylaş