Tarixi Bərdə-Ağdam dəmir yolu xəttində yenidənqurma işləri sürətlə davam etdirilir.
Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, uzunluğu 47,1 km olan yolun 90 % layihələndirilməsi yerinə yetirilib. Həmçinin, uzunölçülü relslər 100% quraşdırılıb.
Bundan başqa 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 2-si müxtəlif ölçülü körpülərdir. Ümumilikdə tikinti işlərinin 70 %-i tamamlanıb və layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
R.Mehdiyeva